Korporativ satış üzrə kiçik mütəxəssis

  • Deadline 5 İyun 2025

Baku Electronics –də “Korporativ satış şöbəsində” “Korporativ satış üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməyə və peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!

Vəzifə öhdəlikləri:

  • Müştərilərə xidmətlə bağlı ümumi işlərin təşkili və həyata keçirilməsi;
  • Müştərilərlə əlaqələrin effektiv idarə olunması, uzunmüddətli əməkdaşlığın qurulması;
  • Müştərilərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və digər şöbələrlə əməkdaşlıq edərək uyğun həll yollarının təklif edilməsi;
  • Təkliflərin hazırlanması, qiymət və endirim şərtlərinin müəyyən edilməsi və müştəriyə göndərilməsi;
  • Təkliflərin izlənilməsi, müştəri ilə razılaşdırılması və əsasən müqavilə sənədlərinin hazırlanması;
  • Logistika şöbəsi ilə əməkdaşlıq edərək çatdırılma müddətlərinin müəyyənləşdirilməsi və sifarişlərin yerləşdirilməsi;
  • Tender proseslərində iştirak üçün lazımi sənədləri və təklifləri hazırlamaq;
  • Gündəlik sorğulara (WhatsApp, e-poçt, zənglər) operativ cavab vermək və icra etmək;
  • Uyumsoft və digər daxili proqram təminatlarından istifadə edərək satış, çatdırılma və sənədləşmə proseslərini aparmaq;
  • Müqavilə, təklif və digər sənədlərin düzgün və vaxtında hazırlanması.

Tələblər:

  • İnkişafa meylli olmaq;
  • Təşəbbüskar olmaq;
  • Yüksək ünsiyyət və inandırma qabiliyyətli;
  • Dinamiklik və təqdimat bacarığı;
  • Korporativ müştərilərlə işləmə bacarığı;
  • Sahə üzrə ən azı 1 il təcrübəsi.

İş şəraiti:

  • İş yeri: Baş ofis
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə əsasında

Müraciət et dütyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

  • Daily31
  • Weekly523
  • Monthly727