Marketinq layihələri üzrə mütəxəssis

  • Deadline 23 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Layihənin məqsəd və hədəflərini müəyyənləşdirmək, əhatə dairəsini, büdcəsini, zaman cədvəlini və resurs tələblərini hazırlamaq;
  • Vendor və partnyorların seçilməsi, qiymətləndirilməsi və onlarla müqavilə şərtlərinin razılaşdırılmasında iştirak etmək;
  • Partnyorlar və vendorlar arasında effektiv kommunikasiyanı təmin etmək, onların öhdəliklərini izləmək;
  • Şirkət daxili aidiyyatı tərəflər ilə layihələrin aparılması, izlanməsi və təşkilini təmin etmək;
  • Dəyişikliklərə operativ iş planı hazırlamaq və təqib etmək;
  • Daxili brendlərin layihələrinin təşkili və nəzarəti;
  • Ümumi brend tanınırlığının təşviqi üzrə addımların təklifi və icrası;
  • Layihənin icrasına nəzarət etmək və zaman cədvəlindəki irəliləyişi izləmək;
  • Layihənin bütün mərhələləri üzrə keyfiyyət standartlarının qorunmasına nəzarət etmək;
  • Layihə ilə bağlı yaranan problemlərin həlli və mübahisəli məsələlərin idarə edilməsi;
  • Layihənin risklərini müəyyən etmək və onları azaltmaq üçün tədbirlər hazırlamaq;
  • Layihə xərclərini izləmək və büdcə çərçivəsində qalmasını təmin etmək;
  • Layihənin irəliləyişi haqqında daxili komandaya və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Layihə başa çatdıqdan sonra yekun hesabat hazırlamaq, nəticələri qiymətləndirmək və gələcək layihələr üçün tövsiyələr vermək.

Vəzifə tələbləri

  • Ali təhsil (Müvafiq sahədə üstünlükdür);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalı;
  • Microsoft Office və Google alətlərindən (Sheets, Docs və Slides tipli köməkçi proqramlar) sərbəst işləməli;
  • Azərbaycan dili səlis, xarici dil bilikləri (xüsusilə rus dili arzuolunandır);
  • Layihə idarəetmə alətləri (MS Project, Trello, Asana, Jira və ya oxşar) ilə iş təcrübəsi üstünlükdür;
  • Analitik düşünmə tərzinə malik, ünsiyyətcil olmalı və təqdimat etməyi bacarmalı;
  • Strateji planlaşdırma bacarığına malik olmalı;
  • Operativ və düzgün qərar verməyi bacarmalı;
  • Problemləri həll etmə bacarığı olmalı;
  • Layihə idarəetmə alətləri (məsələn, Trello, Bitrix24) üzrə baza bilikləri;

Dil biliyi:

  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta
  • Rus - Yüksək

Baku Electronics-də sizi nələr gözləyir?

  • Özəl tibbi sığorta təminatı
  • Yığım həyat sığortası proqramına qoşulma imkanı
  • Push30 platformasında korporativ güzəştlər
  • Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş şəbəkəsinin eksklüziv təklifləri
  • Peşəkar təlimlər, daxili vakansiyalar vasitəsilə karyera yüksəlişi imkanları

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani küç. 3066)
  • İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 – 18:00)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily6
  • Weekly562
  • Monthly1978