Mebel üzrə baş satış məsləhətçisi

  • Deadline 7 İyul 2024

Vəzifə öhdəlikləri:

  • İşə başlamazdan öncə xidməti geyimini tələb olunan qaydada geyinmək və yaxa kartını taxmaq
  • Cavabdeh olduğu şöbədə vahid Baku Electronics standartlarının, təlimatların,  tapşırıq və  tələblərin operativ icrasını təmin etmək. 
  • Müştərilərin gəlişinə kimi şöbədə hazırlıq işlərinin yekunlaşdırılmasını təmin etmək
  • Kampaniyalar, xidmətlər, qiymət dəyişiklikləri və s. barədə satış məsləhətçilərini məlumatlandırmaq məqsədi ilə gündəlik brifinqlər keçirmək
  • Şöbənin işçiləri tərəfindən qüvvədə olan kampaniyaların şərtlərinin icra olunmasına nəzarət etmək
  • Sınaq müddətində öyrədilməsi üçün təhkim olunan yeni işçilərin məhsul biliyini artırmaq, qaydaları izah etmək, əməliyyat sistemini və iş proseslərinin həyata  keçirilməsini  öyrətmək məqsədi ilə onlara işbaşı təlimlər vermək
  • Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni məhsullar və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək
  • Şöbədə tələb olunan qiymət dəyişiklərinin dərhal  aparılmasına nəzarət etmək və bu barədə tabe olduğu iş rəhbərinə məlumat vermək
  • İş prosesində yaranmış hər bir problem  haqqında tabe olduğu iş rəhbərinə məlumat vermək.
  • Müştərini gülərüzlə qarşılamaq, ona mağazada olan kampaniyalar, Bonus Kart, müştərilər üçün  təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri  haqqında ətraflı məlumat vermək. 
  • Cavabdeh olduğu şöbəyə daxil olan hər bir müştəriyə özəl xidmət göstərmək, satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi,  zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli  məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.  
  • Müştərinin almaq istədiyi məhsulun  modelinə, rənginə və sair fərqləndirici xüsusiyyətlərinə görə məhsul kodunu müştəriyə təqdim etmək. 
  • Şöbədə malların üzərində olan siqnalizasiya sisteminin aktiv olmasına nəzarət etmək. 
  • Təyin olunmuş məhul  sayımını etmək və sayım zamanı çatışmazlıq aşkar etdiyi halda aktda qeyd edib iş rəhbərinə məlumat vermək.
  • Şirkət tərəfindən təşkil edilən təlimlərdə aktiv iştirak etmək, aldığı tapşırıqları vaxtında hazırlamaq, məhsul biliyini və satış texnikasını tam mənimsəmək.
  • Mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına və məhsul mütəxəssislərinin rəyinə riayət etmək.
  • Məhsul sifarişlərini vaxtında və düzgün verilməsini təmin etmək.
  • Baş ofisdən, müştərilərdən, iş yoldaşlarından və  digər şəxslərdən yazılı və/və ya şifahi gələn bütün xidməti müraciətləri, şikayət və. s  məlumatları, eyni zamanda öz təkliflərini  tabe olduğu iş rəhbərinə təqdim etmək.
  • Mağazadaxili yeni şöbə təyinatı və ya digər mağazaya yerdəyişmə təyinatı aldıqda təhvil-təslim qaydalarına riayət etmək.
  • Xidməti vəzifələrinin icrası və görülən tədbirlərlə bağlı məsələlər haqqında tabe olduğu iş rəhbərinə və ya onu əvəz edən şəxsə gündəlik məruzələr etmək.
  • Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
  • Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.
  • Baş verən fors major hadisələr barədə rəhbərinə  məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək

Tələblər:

  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək 
  • İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək
  • Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək
  • Loyallıq və şirkət qaydalarına riayət etmək
  • Stresə davamlı olmaq
  • İnkişafa meylli olmaq
  • Təşəbbüskar olmaq

İş şəraiti:

  • İş yeri: Baku Electronics mağazaları
  • İş qrafiki: 6 gün, növbəli qrafik;
  • Əmək haqqı: 380 azn + bonus

Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019