Onlayn satış şöbə müdiri

  • Deadline 13 Noyabr 2026

Vəzifə funksiyaları

  • Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri komanda üzvlərinə düzgün şəkildə bölüşdürmək və icrasına nəzarət etmək;
  • Onlayn satışların artırılması və satış proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətin veb-saytları üzrə trafik göstəricilərini izləmək, problemləri analiz etmək və aradan qaldırılmasına nəzarət etmək;
  • Gündəlik satış nəticələrini təhlil etmək, KPI göstəriciləri üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq;
  • Brendlər üzrə bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək;
  • Sayt üzərindən daxil olan sifarişləri izləmək, stok idarəçiliyi və çatdırılma proseslərinin effektivliyinə nəzarət etmək.

Tələblər

  • E-commerce və ya onlayn satış sahəsində iş təcrübəsi;
  • Güclü analitik düşüncə və məlumatlarla işləmə qabiliyyəti;
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları;
  • Problemləri operativ şəkildə analiz edib həll etmə bacarığı;
  • Google Analytics və digər analitik alətlərlə işləmə bacarığı;
  • CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly215
  • Monthly1073