Satış məsləhətçisi

  • Deadline 6 İyul 2024

Tələblər:

 

  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək 
  • İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək
  • Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək
  • Loyallıq və şirkət qaydalarına riayət etmək
  • Stresə davamlı olmaq
  • İnkişafa meylli olmaq

Vəzifə funksiyaları:

 

  • Müştərilərə mağazada olan kampaniyalar, Bonus Kartı, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
  • Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək;
  • Qüvvədə olan kampaniyaların şərtlərinin icrasını təmin etmək;
  • Mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına və məhsul mütəxəssislərinin rəyinə riayət etmək;
  • Məhsul sifarişlərini vaxtında və düzgün verilməsini təmin etmək.

Müraciət etmək üçün karyera platformasında şəxsi kabinet yaradaraq müvafiq vakansiya üzrə müraciətinizi ünvanlaya bilərsiniz.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019