Vəzifə funksiyaları
- Telefon, planşet və noutbukların formatlanması və proqram təminatının yüklənməsi;
- TV məhsullarının sazlanması və ilkin qurğuların tənzimlənməsi;
- Smart saatların sinxronizasiyası, hesabların qurulması və istifadəyə hazır vəziyyətə gətirilməsi;
- PlayStation konsollarının quraşdırılması, yenilənməsi və istifadəçi üçün optimallaşdırılması;
- Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test çaplarının həyata keçirilməsi;
- Müştərilər üçün yeni hesabların yaradılması və məlumatların köçürülməsi;
- Telefon və planşetlər üçün qoruyucu üzlüklərin çəkilməsi.
Digər şərtlər
- Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş prinsipləri barədə ümumi bilik;
- Windows və digər əməliyyat sistemlərinin quraşdırılması və ilkin sazlanması üzrə bilik;
- Proqram təminatlarının quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı;
- Müxtəlif hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək bacarığı;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı;
- Texniki məsələləri operativ şəkildə həll etmək və yaranan problemlərə düzgün yanaşmaq bacarığı;
- Diqqətli və məsuliyyətli olmaq;
- Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.