Texniki dəstək məsləhətçisi

  • Истекает 9 ноябрь 2026

Vəzifə funksiyaları

  • Telefon, planşet və noutbukların formatlanması və proqram təminatının yüklənməsi;
  • TV məhsullarının sazlanması və ilkin qurğuların tənzimlənməsi;
  • Smart saatların sinxronizasiyası, hesabların qurulması və istifadəyə hazır vəziyyətə gətirilməsi;
  • PlayStation konsollarının quraşdırılması, yenilənməsi və istifadəçi üçün optimallaşdırılması;
  • Printerlərin fiziki və proqram təminatı üzrə quraşdırılması, şəbəkəyə qoşulması və test çaplarının həyata keçirilməsi;
  • Müştərilər üçün yeni hesabların yaradılması və məlumatların köçürülməsi;
  • Telefon və planşetlər üçün qoruyucu üzlüklərin çəkilməsi.

Digər şərtlər

  • Telefon, planşet, noutbuk və digər elektron cihazların texniki xüsusiyyətləri və iş prinsipləri barədə ümumi bilik;
  • Windows və digər əməliyyat sistemlərinin quraşdırılması və ilkin sazlanması üzrə bilik;
  • Proqram təminatlarının quraşdırılması və cihazların istifadəyə hazırlanması bacarığı;
  • Müxtəlif hesabların yaradılması, cihazlar arasında məlumatların köçürülməsi və sinxronizasiya proseslərini həyata keçirmək bacarığı;
  • Müştərilərlə düzgün ünsiyyət qurmaq və xidmət göstərmək bacarığı;
  • Texniki məsələləri operativ şəkildə həll etmək və yaranan problemlərə düzgün yanaşmaq bacarığı;
  • Diqqətli və məsuliyyətli  olmaq;
  • Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily4
  • Weekly592
  • Monthly842