Baku Elektrik MMC Baku Elektrik MMC
  • 1.1K

Baku Elektrik MMC

Digər

Kassir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassir

  • Deadline 15 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat

Kassa əməliyyatlarının aparılması

  • Müştərilərdən nağd və ya nağdsız (POS-terminal, bank köçürməsi, QR, onlayn ödənişlər və s.) ödənişlərin qəbulu və düzgün sənədləşdirilməsi
  • Gündəlik əməliyyatların elektron kassa proqramında qeydiyyatı (e-kassa, 1C, Mikro, və s.)
  • Kassa daxilolmaları və məxaric sənədlərinin tam və düzgün doldurulması
  • İstifadə edilən pul vəsaitlərinin sayılması, düzgünlüyünün yoxlanılması və hesabatlarda əks etdirilməsi
  • Çeklərin, qəbzlərin və hesabat sənədlərinin düzgün verilməsi və saxlanması

Kassa sənədlərinin və gündəlik hesabatların aparılması

  • Hər günün sonunda kassa hesabatlarının hazırlanması və mühasibatlığa təqdim olunması
  • Kassa qalığı və real pul vəsaiti arasında fərqlərin olmamasına nəzarət
  • Ödəniş terminallarının hesabatlarını çıxartmaq və sistemlərlə uzlaşdırmaq
  • Kassa əməliyyatları üzrə daxili audit və yoxlamalara hazır olmaq və tələb olunan sənədləri təqdim etmək
  • Məsuliyyət daşıdığı kassanın gündəlik pul balansının düzgün aparılması

Müştəri xidməti və etik davranış

  • Müştərilərlə nəzakətli, səbirli və diqqətli ünsiyyət qurmaq
  • Mübahisəli hallarda sakit və peşəkar davranaraq vəziyyəti düzgün idarə etmək
  • Müştəri ödənişi ilə bağlı yaranan hər hansı texniki problemi dərhal aidiyyəti şöbəyə yönləndirmək
  • Etik qaydalara və müəssisənin daxili prosedurlarına riayət etmək

Təhlükəsizlik və nəzarət funksiyaları

  • Kassaya daxil olan pul vəsaitlərinin fiziki təhlükəsizliyini təmin etmək
  • Saxta əskinasların tanınması üzrə ilkin biliklərə sahib olmaq və şübhəli halları rəhbərliyə bildirmək
  • POS-terminal, kassa aparatı, kompüter və printerlərin texniki vəziyyətinə nəzarət
  • Hər hansı nasazlıq zamanı texniki heyətə vaxtında məlumat vermək

Namizədə Tələblər

  • Yaş 25-35, 
  • Cins – xanım
  • Son dərəcə dürüst, etibarlı, və dəqiq olmaq
  • Maliyyə intizamına və etik prinsiplərə ciddi əməl etmək
  • Sürətli düşünmə və stress altında soyuqqanlı qərar vermə bacarığı
  • Təzyiq altında emosional stabilliyini qorumaq
  • Komandada işləmək və departamentlərarası əlaqəni düzgün qurmaq bacarığı
  • Texniki avadanlıqlarla (POS-terminal, bank cihazları, printer və s.) işləmək təcrübəsi
  • 1C, MS Excel kimi proqramlarda işləmək bacarığı (arzuolunandır)

Şəhər- Bakı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə: İlahə Cabbarlı 010-236-61-89 

  • Daily27
  • Weekly503
  • Monthly2130