İş haqda məlumat:
- Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi
- İş yeri: Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA
- Ünvan: Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5
- İş rejimi: Həftədə 5 gün, növbəli iş qrafiki (2 istirahət günü)
- Əmək haqqı: 600 Azn (net);
- Könüllü tibbi sığorta: Təmin edilir
Vəzifə tələbləri:
- Cinsi – Qadın/ Kişi
- Müvafiq sahədə 6 ay – 1 il iş təcrübəsi;
- Təmizlik vasitələri və avadanlıqları ilə işləmə bacarığı;
- Təmizlik məhsulları və onların düzgün tətbiqi haqqında biliklər;
- Sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
- Azərbaycan dili biliyi, rus dili biliyi arzuolunandır;
- Məsuliyyətli, diqqətli və səliqəli olmaq;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- İdman mərkəzinin soyunub-geyinmə otaqlarının mütəmadi təmizlənməsi və səliqəli saxlanılması;
- Duş kabinələrinin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyinin təmin edilməsi;
- İdman və məşq zallarının, dəhlizlərin və digər ümumi sahələrin təmiz saxlanılması;
- Tez-tez təmas edilən səthlərin gigiyenik qaydalara uyğun təmizlənməsi və dezinfeksiya edilməsi;
- Təmizlik vasitələrindən və kimyəvi məhsullardan təlimatlara uyğun və təhlükəsiz istifadə edilməsi;
- Tullantıların vaxtında toplanması və müvafiq qaydada kənarlaşdırılması;
- Gigiyenik sərfiyyat materiallarının mövcudluğuna nəzarət edilməsi və ehtiyac olduqda tamamlanması;
- Təmizlik avadanlıqlarının düzgün istifadə edilməsi və saxlanılması;
- Aşkar edilmiş texniki nasazlıqlar və çatışmazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi;
- Sanitariya, əmək mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarının yerinə yetirilməsi.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Təmizlik işçisi" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.