Texniki ofis mühəndisi

  • Истекает 31 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşəgötürən: "Baku Hotel Company" QSC

Struktur bölmə: Layihələrin idarə olunması departamenti

İş yeri: Layihə əsaslı

Əmək haqqı: Müsahibə əsasında

Tələblər

  • İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. 
  • Texniki ofis sahəsində 8–12 il iş təcrübəsi.
  • Ən azı 3–5 il rəhbər vəzifədə təcrübə.
  • Yaşayış və kommersiya/ticarət mərkəzi layihələrində iş təcrübəsi. 
  • Tikinti çertyojları və layihə sənədləşdirilməsi üzrə güclü biliklər.
  • AutoCAD, Revit və digər layihələndirmə proqramlarında işləmə bacarığı.
  • Primavera, MS Project və digər layihə idarəetmə proqramları ilə tanışlıq.
  • Beynəlxalq standartlar (BS, ACI, ASTM, ISO) və yerli normativ tələblər üzrə biliklər.
  • Güclü liderlik və təşkilati bacarıqlar.
  • Eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
  • Müştərilər, məsləhətçilər və subpodratçılar ilə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri

  • Texniki ofis komandasına (mühəndislər, çertyojçular, sənəd nəzarətçiləri) rəhbərlik etmək və onların fəaliyyətini koordinasiya etmək.
  • Shop drawing (icra/işçi cizgiləri), as-built drawing (faktiki vəziyyət cizgiləri) və material təqdimatlarını layihə spesifikasiyalarına və standartlara uyğun olaraq yoxlamaq və təsdiqləmək.
  • Tikinti çertyojlarının hazırlanmasına, dizayn dəyişikliklərinə və RFI sorğularının hazırlanmasına nəzarət etmək.
  • Məsləhətçilər, memarlar, konstruksiya və MEP mühəndisləri ilə texniki koordinasiya aparmaq.
  • Shop drawing (icra/işçi cizgiləri) və materialların vaxtında təsdiqlənməsini təmin etmək.
  • İşçi çertyojların hazırlanma qrafikini tərtib etmək və layihə proqramı ilə uyğunluğunu təmin etmək.
  • Layihə sənədlərini (spesifikasiyalar, BOQ, çertyojlar) analiz edərək uyğunsuzluqları və dəyişiklikləri müəyyən etmək.
  • Sahə mühəndislərinə və tikinti komandalarına texniki dəstək göstərmək.
  • Texniki və QS komandaları tərəfindən hazırlanan miqdar hesablamaları və ödəniş sənədlərini yoxlamaq.
  • Texniki sənədlərin düzgün arxivləşdirilməsini və idarə olunmasını təmin etmək.
  • Layihənin təhvil verilməsi üçün lazımi sənədlərin hazırlanmasına rəhbərlik etmək (as-built çertyojlar).
  • Dizayn dəyişiklikləri və tikinti prosesində yaranan texniki problemlər üçün mühəndislik həlləri təqdim etmək.

Əsas kompetensiyalar

  • Komanda idarəetməsi və koordinasiya
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Çoxsahəli texniki biliklər (inşaat, memarlıq, MEP)
  • Texniki çertyoj və layihə idarəetməsi
  • Vaxt və xərclərin optimallaşdırılması

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Texniki ofis mühəndisi" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly650
  • Monthly783