İş yeri: Yasamal rayonu, İzmir küçəsi 6
Əməkhaqqı: Müsahibə əsasında təyin ediləcək
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 iş günü, 2 istirahət günü
- İş saatı: 09:00–18:00
- Şirkət tərəfindən nahar təmin olunur
- Könüllü tibbi sığorta
Əsas vəzifələr:
- Layihə xərclərinin təsdiqlənmiş büdcəyə uyğunluğuna nəzarət və idarəetmə
- Müntəzəm xərc hesabatları və proqnozların hazırlanması
- Layihə, maliyyə və satınalma komandaları ilə sıx əməkdaşlıq
- Xərclərin və xərc tendensiyalarının təhlili, fərqlərin müəyyən edilməsi və düzəldici tədbirlərin tövsiyə olunması
- Subpodratçılardan və təchizatçılardan gələn hesab-fakturaların yoxlanılması və təsdiqlənməsi
- Büdcə və layihəyə dair maliyyə sənədlərinin hazırlanmasına dəstək
- Layihə ilə bağlı bütün xərclərin dəqiq və yenilənmiş qeydiyyatının aparılması
- Maliyyə göstəricilərinin monitorinqini aparmaq və qənaət potensialını müəyyən edərək səmərəlilik təşəbbüslərinə dəstək olmaq
Tələblər:
Təhsil və təcrübə:
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Tikinti sahəsində xərc nəzarəti və ya büdcələmə üzrə ən azı 3 illik iş təcrübəsi
Bacarıqlar və kompetensiyalar:
- Tikinti xərclərinə nəzarət və büdcələmə prosesləri üzrə bilik
- MS Office proqramında yüksək səviyyədə bacarıq
- Autocad yüksək səviyyədə bacarıq
- Güclü analitik və problem həll etmə bacarığı
- Effektiv ünsiyyət və komanda ilə işləmə bacarığı
- Diqqətcil və dəqiqliklə işləmə bacarığı
Müraciət:
- Maraqlanan namizədlər mövzu hissəsində “Tikinti sahəsi üzrə xərc nəzarətçisi (Cost Controller)” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
- Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.