Səyahəti sevirsən? Yeni insanlarla tanış olub onlara ölkəmizi tanıtmaq istəyirsən? O zaman Bakı Life Travel-də Bələdçi kimi işə başla! 🗺️✨ Təcrübə tələb olunmur, hər şeyi öyrədirik!
Səni nə gözləyir?
- Qonaqlara tur zamanı maraqlı və əyləncəli məlumatlar vermək️
- Fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq
- Qonaqların suallarını cavablandırmaq və rahatlığını təmin etmək
- Turun sonunda feedback (review) toplamaq
- Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək
Biz kimi axtarırıq?
- İngilis dili B2 səviyyəsində (Digər dillər + bonus)
- Sərbəst ünsiyyət qura bilən və enerjili biri
- Tarix, mədəniyyət və turizm sahəsinə marağı olan
- Kreativ və operativ işləməyi bacaran
İş şərtləri:
- Maaş: 400 AZN (Fix) + Bonus və Faizlər
- İş yeri: Bakı Life Travel
Sən də bizimlə bələdçi ol, turistlərə unudulmaz anlar yaşat!