Baku Marriott Hotel Boulevard Baku Marriott Hotel Boulevard
  • 157

Audio/Video Texnik

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Audio/Video Texnik

  • Deadline 16 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ünvan: Azərbaycan, Bakı şəh. Xəqani Rüstəmov küç 4C

Vəzifə öhdəlikləri:

  • Tədbirdən əvvəl hazırlıq zamanı və ya tədbir keçirilən gün texnika və kommunikasiya ehtiyacları ilə bağlı müştərilərə yardımçı olmaq;
  • Tədbir keçirilən əraziyə gələn, texnika və kommunikasiya vasitələrini quraşdıran tədbir təşkilatçılarını qarşılamaq;
  • Xüsusi texnika və kommunikasiya vasitələri ehtiyaclarının ödənilməsi üçün müştəri tərəfindən seçilmiş kənar podratçıları istiqamətləndirmək (köməklik göstərmək);
  • Tədbir proqramında razılaşdırılmış və icarəyə verilmiş, Boulevard Hotel Baku otelinə məxsus audio-video texnika və kommunikasiya vasitələrinin planlaşdırılması və quraşdırılması, quraşdırılma işlərinin tədbirin başlanmasından ən azı 1 saat əvvəl sona çatdırılmasını təmin etmək;
  • Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya vasitələri, o cümlədən səs, işıqlandırma, proyeksiya avadanlıqları və internet xidmətləri (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) haqqında ətraflı məlumata malik olmaq;
  • Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya avadanlıqları üçün müntəzəm texniki xidmət təşkil etmək;
  • Bütün avadanlıqlar üçün ehtiyat hissələrin təchizatını təmin etmək (məs. LCD proyektorun başlıqları və s.);
  • Tədbirdən sonra otelə məxsus bütün avadanlıqların demontaj edilməsi və anbara yerləşdirilməsini təmin etmək;
  • Texnologiya və kommunikasiya vasitələrinə nəzarət otağında təmizlik və texniki təhlükəsizliyi təmin etmək;
  • Hər hansı avadanlığın işləməməsi ilə bağlı menecerə məlumat vermək və müvafiq profilaktik texniki yoxlama işlərini həyata keçirmək.

Namizədə olan tələblər:

  • Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;
  • Texniki təhsil;
  • Texniki təhlükəsizlik, yanğınsöndürmə avadanlıqları barədə biliklər;
  • Peşəkar səviyyədə AV avadanlıqlarının, fərdi kompüterlərin/noutbukların qurulması və işə salınması bacarıqları;
  • Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
  • Sxemlərin, mikrosxemlərin iş prinsipini və funksiyalarını bilməli;
  • Sadalanan avadanlıqlar barədə biliklər üstünlük hesab edilir: Crestron, Symetrix, KanexPro,Rane, Denon, AMP, Shure, HP, Bosch;
  • Çevik iş qrafiklərində işləmək bacarığı;
  • Əməyin təhlükəsizliyi və sağlamlığı qaydalarına dair möhkəm anlayış;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Audio/Video Texnik” qeyd edərək CV-lərini elektron ünvanına 15 May 2024-ci il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.

  • Günlük5
  • Həftəlik626
  • Aylıq367