Məişət texnikasının təmiri şöbəsinə sifarişlərin koordinasiyası, statusların idarə olunması, ehtiyat hissələrinin kodlaşdırılması və təmir prosesinə başlanğıcdan müştəriyə təhvil verilənədək nəzarət edəcək Texniki Operator axtarırıq.
Qeyd: Müştəri məlumatlarının ilkin qeydiyyatı ayrı əməkdaş tərəfindən aparılır; texniki operator işlərin icra mərhələsini və sistem qeydlərini idarə edir.
Tələblər və Üstünlüklər
- Rus dili biliyi — mütləqdir (sərbəst ünsiyyət və yazışma bacarığı).
- İngilis dili biliyi — arzuolunandır (istehsalçı saytları və texniki sənədlərlə işləmək üçün üstünlükdür).
- Microsoft Office proqramlarından (xüsusilə Excel və Word) inamlı istifadə bacarığı.
- Servis mərkəzi, məişət texnikası təmiri, ehtiyat hissələri uçotu və ya texniki koordinasiya sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Yüksək diqqət, dəqiqlik, məsuliyyətlilik və çoxtapşırıqlı mühitdə işləmə bacarığı.
- Yaş həddi: 20- 35 yaş
- Cinsi: Fərq etməz
- Təhsil: İlk peşə ixtisas - Bakalavr
Əsas Vəzifə Öhdəlikləri
- Sistemə daxil edilmiş təmir işlərinin müvafiq texniklərə ötürülməsi və icrasının izlənilməsi.
- Texniklərdən daxil olan nəticələrə uyğun sistemdə statusların yenilənməsi (məsələn: təmir tamamlandı / hazır, ehtiyat hissə gözləmə rejimində və s.).
- Ustaların tələb etdiyi ehtiyat hissələri üzrə istehsalçıların rəsmi saytlarından/kataloqlarından detal kodlarının müəyyən edilməsi, dəqiqləşdirilməsi, sistemdə qeydiyyata alınması və ustalara yönləndirilməsi.
- Sifariş verilmiş ehtiyat hissələrinin gəlməsi barədə texniklərə operativ məlumat verilməsi.
- Hər bir iş əmrinə başlanğıcdan iş bağlanıb müştəriyə təhvil verilənədək nəzarət edilməsi və prosesin gecikmədən yekunlaşdırılmasının təmin olunması.
İş şəraiti:
- İş rejimi: 6 günlük
- İş saatı: 09:00 – 17:00, 10:00-18:00
- Şənbə günü qısa iş günü
- İstirahət: Bazar günü
- Əmək haqqı: 600 - 700 Azn
- Ünvan: Bakı şəhəri, Tiblisi prospekti, (Karvan Şadlıq Sarayının arxası)
- Ünvan: Bakı, Xətai ray., M.Hadi 41Y., Əhmədli Metro Stansiyasının çıxışı yaxınlığında
Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu başlığında “Texniki operator” qeyd edərək Cv – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.