Texniki Operator (Məişət Texnikasının təmiri Şöbəsi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Texniki Operator (Məişət Texnikasının təmiri Şöbəsi)

  • Истекает 26 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Məişət texnikasının təmiri şöbəsinə sifarişlərin koordinasiyası, statusların idarə olunması, ehtiyat hissələrinin kodlaşdırılması və təmir prosesinə başlanğıcdan müştəriyə təhvil verilənədək nəzarət edəcək Texniki Operator axtarırıq.

Qeyd: Müştəri məlumatlarının ilkin qeydiyyatı ayrı əməkdaş tərəfindən aparılır; texniki operator işlərin icra mərhələsini və sistem qeydlərini idarə edir.

Tələblər və Üstünlüklər

  • Rus dili biliyi — mütləqdir (sərbəst ünsiyyət və yazışma bacarığı).
  • İngilis dili biliyi — arzuolunandır (istehsalçı saytları və texniki sənədlərlə işləmək üçün üstünlükdür).
  • Microsoft Office proqramlarından (xüsusilə Excel və Word) inamlı istifadə bacarığı.
  • Servis mərkəzi, məişət texnikası təmiri, ehtiyat hissələri uçotu və ya texniki koordinasiya sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Yüksək diqqət, dəqiqlik, məsuliyyətlilik və çoxtapşırıqlı mühitdə işləmə bacarığı.
  • Yaş həddi: 20- 35 yaş
  • Cinsi: Fərq etməz
  • Təhsil: İlk peşə ixtisas - Bakalavr

Əsas Vəzifə Öhdəlikləri

  • Sistemə daxil edilmiş təmir işlərinin müvafiq texniklərə ötürülməsi və icrasının izlənilməsi.
  • Texniklərdən daxil olan nəticələrə uyğun sistemdə statusların yenilənməsi (məsələn: təmir tamamlandı / hazır, ehtiyat hissə gözləmə rejimində və s.).
  • Ustaların tələb etdiyi ehtiyat hissələri üzrə istehsalçıların rəsmi saytlarından/kataloqlarından detal kodlarının müəyyən edilməsi, dəqiqləşdirilməsi, sistemdə qeydiyyata alınması və ustalara yönləndirilməsi.
  • Sifariş verilmiş ehtiyat hissələrinin gəlməsi barədə texniklərə operativ məlumat verilməsi.
  • Hər bir iş əmrinə başlanğıcdan iş bağlanıb müştəriyə təhvil verilənədək nəzarət edilməsi və prosesin gecikmədən yekunlaşdırılmasının təmin olunması. 

İş şəraiti:

  • İş rejimi: 6 günlük
  • İş saatı: 09:00 – 17:00, 10:00-18:00
  • Şənbə günü qısa iş günü
  • İstirahət: Bazar günü
  • Əmək haqqı:  600 - 700 Azn
  • Ünvan: Bakı şəhəri, Tiblisi prospekti, (Karvan Şadlıq Sarayının arxası)
  • Ünvan: Bakı, Xətai ray., M.Hadi 41Y., Əhmədli Metro Stansiyasının çıxışı yaxınlığında

Qeyd olunan tələblərə cavab verən şəxslər mövzu başlığında “Texniki operator” qeyd edərək Cv – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly481
  • Monthly1945