Baku Service Company Baku Service Company
  • 533

Xəzinədar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xəzinədar

  • Deadline 27 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan dilini səlis bilmək;
  • Riyazi hesablamalar aparmaq bacarığı;
  • İşdə dəqiq və məsuliyyətli olmaq;
  • Detallara diqqət yetirmək;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlı olmaq;
  • İnkişafa və öyrənməyə meyilli olmaq.

Əsas vəzifə öhdəlikləri

  • Mağazada gündəlik nağd pul vəsaitlərinin qəbulu;
  • Qəbul edilmiş pul vəsaitləri üzrə hesabatların aparılması;
  • Qəbul edilmiş pul vəsaitlərinin ERP proqramı üzərindən müvafiq mühasibat uçotu hesablarına işlənməsi;
  • Plastik kartlar və digər ödəniş alətləri üzrə ödənişlərin qəbulu və müvafiq mühasibat uçotu hesablarına işlənməsi;
  • Gündəlik nağd pul vəsaitlərinin idarə edilməsi üçün nəzərdə tutulmuş hesabatların hazırlanması;
  • Vəzifə üzrə digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Ümumi öhdəliklər

  • Üzərinə düşən vəzifələri tam, vaxtında, keyfiyyətli və müstəqil şəkildə icra etmək;
  • İş mühitinə uyğunlaşmaq və kollektivlə səmərəli əməkdaşlıq etmək;
  • Vəzifədən irəli gələn təlimat və prosedurlara riayət etmək;
  • Şirkətin daxili qaydalarına və prinsiplərinə riayət etmək;
  • Təşəbbüskar və məsuliyyətli olmaq;
  • Peşəkar inkişafa açıq olmaq.

İş şəraiti

  • İş rejimi: 5 gün
  • Həftə 2 gün istirahət (istirahət günləri dəyişkəndir)
  • Əmək haqqı: razılaşma yolu ilə
  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Samsung mağazası ilə üzbəüz

Tələblərə cavab verən namizədlər mövzu hissəsində “Xəzinədar” qeyd edərək CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına gönədərə bilərlər.  

  • Daily0
  • Weekly653
  • Monthly2406