Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dilini səlis bilmək;
- Riyazi hesablamalar aparmaq bacarığı;
- İşdə dəqiq və məsuliyyətli olmaq;
- Detallara diqqət yetirmək;
- Komandada işləmək bacarığı;
- Stressə davamlı olmaq;
- İnkişafa və öyrənməyə meyilli olmaq.
Əsas vəzifə öhdəlikləri
- Mağazada gündəlik nağd pul vəsaitlərinin qəbulu;
- Qəbul edilmiş pul vəsaitləri üzrə hesabatların aparılması;
- Qəbul edilmiş pul vəsaitlərinin ERP proqramı üzərindən müvafiq mühasibat uçotu hesablarına işlənməsi;
- Plastik kartlar və digər ödəniş alətləri üzrə ödənişlərin qəbulu və müvafiq mühasibat uçotu hesablarına işlənməsi;
- Gündəlik nağd pul vəsaitlərinin idarə edilməsi üçün nəzərdə tutulmuş hesabatların hazırlanması;
- Vəzifə üzrə digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Ümumi öhdəliklər
- Üzərinə düşən vəzifələri tam, vaxtında, keyfiyyətli və müstəqil şəkildə icra etmək;
- İş mühitinə uyğunlaşmaq və kollektivlə səmərəli əməkdaşlıq etmək;
- Vəzifədən irəli gələn təlimat və prosedurlara riayət etmək;
- Şirkətin daxili qaydalarına və prinsiplərinə riayət etmək;
- Təşəbbüskar və məsuliyyətli olmaq;
- Peşəkar inkişafa açıq olmaq.
İş şəraiti
- İş rejimi: 5 gün
- Həftə 2 gün istirahət (istirahət günləri dəyişkəndir)
- Əmək haqqı: razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Samsung mağazası ilə üzbəüz
Tələblərə cavab verən namizədlər mövzu hissəsində “Xəzinədar” qeyd edərək CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına gönədərə bilərlər.