Vəzifə təsviri (səviyyəyə uyğun olaraq):
- Rəhbərliyin iştirakı ilə keçirilən görüş və tədbirlərin hazırlanması və koordinasiyası;
- Qəbul mərasimlərinin təşkili, qonaqların qarşılanması və müşayiəti, protokol hədiyyələrinin təşkili;
- Dövlət səviyyəli tədbirlərdə və milli bayramlarda iştirak;
- Rəsmi yazışmaların aparılması, dəvət məktublarının hazırlanması;
- Protokol məsələləri üzrə şirkətin struktur bölmələri və xarici qurumlarla əlaqələrin qurulması;
- Beynəlxalq və milli protokol normalarına uyğunluğun təmin edilmə
Tələblər
- Beynəlxalq münasibətlər, hüquq, regionşünaslıq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini yazılı və şifahi şəkildə sərbəst bilmək;
- Kiçik mütəxəssis üçün: dəqiqlik, nəzakətlilik, protokol sahəsinə maraq və öyrənməyə həvəs;
- Mütəxəssis üçün: beynəlxalq protokol, tədbir təşkilatçılığı və ya xarici əlaqələr sahəsində azı 2 il iş təcrübəsi.
Üstünlük sayılır:
- İşgüzar etiket və protokol üzrə təlimlər və kurslar;
- Dövlət qurumları və beynəlxalq nümayəndə heyətləri ilə əməkdaşlıq təcrübəsi;
- Rəsmi protokol sənədlərinin və yazışmaların hazırlanması bacarığı.
Biz nə təklif edirik:
- Dövlət və beynəlxalq səviyyəli tədbirlərin təşkili prosesində iştirak imkanı;
- Dinamik və mehriban iş mühiti;
- Milli miqyaslı böyük bir şirkətdə peşəkar inkişaf fürsətləri.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.