Baku Steel Company CJSC Baku Steel Company CJSC

Maliyyə hesabatlılığı üzrə Baş mütəxəssis

Maliyyə hesabatlılığı üzrə Baş mütəxəssis

  • Deadline 22 Oktyabr 2026

Təsvir

Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun maliyyə hesabatlarının hazırlanmasını, bağlanış proseslərinin icrasını və maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsini həyata keçirmək.

Öhdəliklər və məsuliyyətlər

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq;
  • Maliyyə hesabatlarının düzgünlüyünü və müəyyən edilmiş müddətlərdə təqdim olunmasını təmin etmək;
  • Aylıq bağlanış (Month-end Closing) prosesində iştirak etmək və müvafiq hesabların düzgünlüyünü yoxlamaq;
  • Maliyyə məlumatları üzrə reconciliation və zəruri yoxlamaları həyata keçirmək;
  • Xarici və daxili audit üçün tələb olunan məlumat və sənədləri hazırlamaq, auditor sorğularını cavablandırmaq;
  • Maliyyə nəticələri üzrə analitik və variasiya təhlilləri hazırlamaq;
  • IFRS tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək.

Tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə hesabatlılığı sahəsində minimum 3 il iş təcrübəsi;
  • IFRS üzrə güclü nəzəri bilik və praktiki təcrübə;
  • Aylıq, rüblük və illik bağlanış prosesləri üzrə təcrübə;
  • Maliyyə məlumatlarının təhlili və interpretasiyası bacarığı;
  • Azərbaycan dili – yüksək səviyyədə;
  • İngilis dili – yaxşı səviyyədə;
  • Rus dili – arzuolunandır;
  • SAP FI/CO üzrə praktiki təcrübə üstünlükdür;
  • İstehsalat müəssisəsində maliyyə təcrübəsi üstünlükdür;
  • ACCA / CIMA / CPA sertifikasiyası və ya müvafiq mərhələlərinin tamamlanması üstünlükdür.

Peşəkar bacarıqlar

  • IFRS və maliyyə hesabatlılığı;
  • Month-end Closing və reconciliation;
  • Maliyyə və variasiya təhlili;
  • Audit proseslərinə dəstək;
  • Maliyyə məlumatları ilə yüksək dəqiqliklə işləmək.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly277
  • Monthly1995