Vəzifə öhdəlikləri:
- Müəssisənin avadanlıqları üzrə illik cari və əsaslı təmir planlarının hazırlanmasını həyata keçirmək;
- Mexanika sahəsi üzrə illik tələb olunan mal-material siyahısının tərtib olunması və büdcəsinin hazırlanması;
- Təmir ediləcək avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir və montaj metodlarını bilmək; təmir olunmuş avadanlığın dəqiqliyini və sınaqdan keçirilməsini təmin etmək;
- Avadanlıqların vaxtaşırı yoxlanılmasını təşkil etmək və yoxlama nəticələrinə əsasən plandan kənar təmir işlərini həyata keçirmək;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı fəaliyyətini təmin etmək; onların saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasına nəzarət etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək; tələb olunduqda təmir üçün podratçı təşkilatlarla plan (qrafik) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək və əsaslı təmir üçün siyahıların hazırlanmasında iştirak etmək;
- Texniki çertyojlarla işləməyi bacarmaq və detalların sifarişi zamanı düzgün çertyojun təqdim olunmasını təmin etmək;
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və əmək funksiyalarına əməl etmək.
Namizədə tələblər:
- Ali təhsil (Mexanika mühəndisliyi üzrə);
- Mexanika mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi (daha təcrübəli namizədlərə üstünlük verilir);
- Rus və ingilis dillərini bilmək arzuolunandır;
- Microsoft Office proqramlarında işləmək bacarığı.
Digər məlumatlar:
- İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.