Baku Steel Company CJSC Baku Steel Company CJSC
  • 143

Baku Steel Company CJSC

Metals & Mining , Steel

Mühəndis – texnoloq

  • Deadline 6 June 2026

İşin qısa təsviri:

  • Yivaçma sahəsində istehsal prosesinin düzgün planlaşdırılması və idarə olunmasını təmin etmək;
  • Boruların və detalların yivlənməsi və faskalanması proseslərinə nəzarət etmək;
  • CNC dəzgahlarında texnoloji prosesləri qurmaq və idarə etmək;
  • CNC kodlarını müstəqil şəkildə yazmaq və optimallaşdırmaq;
  • API və GOST standartlarına uyğun istehsal proseslərinin icrasını təmin etmək;
  • Məhsulun keyfiyyətinə və sifarişlərin vaxtında icrasına nəzarət etmək.

Vəzifə funksiyaları və öhdəlikləri:

  • Dəzgahların işlək vəziyyətdə saxlanılmasını təşkil etmək və nasazlıqlarla bağlı texniki xidmətə məlumat vermək;
  • Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Gündəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq;
  • Material və alət sərfiyyatına nəzarət etmək, itki və israf hallarının qarşısını almaq;
  • Yeni işçilərin adaptasiya və təlim prosesində iştirak etmək;
  • Texniki sənədlərə və normativ tələblərə uyğun istehsal prosesinin icrasına nəzarət etmək.

Tələblər

  • Texniki ali təhsil (Mexanika mühəndisliyi, sənaye mühəndisliyi və ya uyğun ixtisaslar üzrə);
  • Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • CNC dəzgahlarında işləmə və proqramlaşdırma bacarığı;
  • Boru istehsalı prosesləri üzrə biliklər;
  • API və EN standartları üzrə ümumi biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • SAP və ya digər ERP sistemlərində işləmə təcrübəsi üstünlükdür
  • Azərbaycan dili biliyi, ingilis dili üstünlükdür.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily55
  • Weekly463
  • Monthly596