İşin qısa təsviri:
- Yivaçma sahəsində istehsal prosesinin düzgün planlaşdırılması və idarə olunmasını təmin etmək;
- Boruların və detalların yivlənməsi və faskalanması proseslərinə nəzarət etmək;
- CNC dəzgahlarında texnoloji prosesləri qurmaq və idarə etmək;
- CNC kodlarını müstəqil şəkildə yazmaq və optimallaşdırmaq;
- API və GOST standartlarına uyğun istehsal proseslərinin icrasını təmin etmək;
- Məhsulun keyfiyyətinə və sifarişlərin vaxtında icrasına nəzarət etmək.
Vəzifə funksiyaları və öhdəlikləri:
- Dəzgahların işlək vəziyyətdə saxlanılmasını təşkil etmək və nasazlıqlarla bağlı texniki xidmətə məlumat vermək;
- Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək;
- Gündəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq;
- Material və alət sərfiyyatına nəzarət etmək, itki və israf hallarının qarşısını almaq;
- Yeni işçilərin adaptasiya və təlim prosesində iştirak etmək;
- Texniki sənədlərə və normativ tələblərə uyğun istehsal prosesinin icrasına nəzarət etmək.
Tələblər
- Texniki ali təhsil (Mexanika mühəndisliyi, sənaye mühəndisliyi və ya uyğun ixtisaslar üzrə);
- Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
- CNC dəzgahlarında işləmə və proqramlaşdırma bacarığı;
- Boru istehsalı prosesləri üzrə biliklər;
- API və EN standartları üzrə ümumi biliklər;
- MS Office proqramlarında işləmə bacarığı;
- SAP və ya digər ERP sistemlərində işləmə təcrübəsi üstünlükdür
- Azərbaycan dili biliyi, ingilis dili üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.