Nəqliyyat şöbəsinin fəaliyyətinin effektiv təşkilini, işçi heyətinin və nəqliyyat vasitələri parkının idarə edilməsini, istehsalatın nəqliyyat ehtiyaclarının vaxtında, təhlükəsiz və səmərəli şəkildə təmin olunmasını həyata keçirmək.
Əsas vəzifə və öhdəliklər
- Nəqliyyat şöbəsinin fəaliyyətini təşkil etmək, sürücü, dispetçer, operator və digər əməkdaşlardan ibarət komandanı idarə etmək;
- İşçi heyətinin iş və növbə qrafiklərinin hazırlanmasına, iş bölgüsünə və iş vaxtının uçotuna nəzarət etmək;
- İstehsalatın tələbatına uyğun olaraq nəqliyyat vasitələri və texnikaların gündəlik fəaliyyətini planlaşdırmaq və koordinasiya etmək;
- Avtoparkın texniki və istismar vəziyyətinə nəzarət etmək, texniki xidmət və təmir ehtiyaclarını müəyyənləşdirmək;
- Nəqliyyat vasitələri və texnikaların təmir, texniki xidmət və ehtiyat hissələri ilə təmin olunması proseslərini koordinasiya etmək;
- Yükdaşıma, yükləmə-boşaltma və digər nəqliyyat əməliyyatlarının gündəlik və növbəlik planlaşdırılmasını təşkil etmək;
- Nəqliyyat vasitələrinin hərəkət qrafiklərinə, yükgötürmə və istismar normalarına uyğun istifadəsinə nəzarət etmək;
- Daşıyıcı şirkətlər tərəfindən göstərilən xidmətlərin vaxtında və müəyyən edilmiş tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələri və texnikalar üzrə uçotun və müvafiq sənədləşmənin düzgün aparılmasını təmin etmək;
- Nəqliyyat xərclərinin səmərəli idarə edilməsinə, resurslardan optimal istifadəyə və əməliyyat effektivliyinin artırılmasına nəzarət etmək;
- Nəqliyyat əməliyyatlarında təhlükəsizlik qaydalarına və şirkətin daxili prosedurlarına riayət olunmasını təmin etmək.
Tələblər
- Ali texniki və ya logistika/nəqliyyat sahəsi üzrə ali təhsil;
- Nəqliyyat sahəsində minimum 3–5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- Avtopark və nəqliyyat əməliyyatlarının idarə edilməsi üzrə praktiki təcrübə;
- Texniki xidmət, təmir, yükdaşıma və nəqliyyat təhlükəsizliyi üzrə bilik;
- Azərbaycan dilini mükəmməl, rus və ya ingilis dilini arzuolunan səviyyədə bilmək;
- MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək;
- SAP və 1C bilikləri üstünlükdür;
- Texniki və ya nəqliyyat sahəsi üzrə sertifikatların olması üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.