Təsvir
- Ferroərintilərin mövcudluğu və onların keyfiyyət tərkibi haqqında məlumatlıq olmaz;
- Elektrodların bağlanması üçün onların altlıqdan çıxarılıb hazırlanmasını yerinə yetirmək;
- Elektrodların dəyişdirilməsi və ya bağlanması əməliyyatını yerinə yetirmək;
- Əritmə prosesi zamanı bütün texnoloji əməliyyatları poladəridənlər briqadası ilə birgə yerinə yetirmək;
- Elektrik sobasında, soba çalovunda və vakuum qazsızlaşdırma qurğusunda maye metalın temperaturunu ölçmək və maye metaldan nümunə götürmək;
- Polad buraxıcı dəliyin bağlanması və açılması əməliyyatını yerinə yetirmək;
- Sobanın təmirində iştirak etmək;
- İşlədiyi avadanlıqların düzgün işlədilməsini təmin etmək və onları təmiz saxlamaq;
- Bütün lazımi ferroərintiləri əritməyə vaxtında hazırlamaq;
- Üzləyici maşınların iş prinsipini bilmək və onlarla işləməyi bacarmaq;
- Şixtə və üzləyici materialların, oksigensizləşdiricilərin, ferroərintilərin və odadavamlı materialların fiziki-kimyəvi xüsusiyyətlərini, tərkibini və təyinatını bilmək;
- Ferroərintilərin, şixtə materialların və posaəmələgətiricilərin markasını və keyfiyyətini onların xarici görünüşünə görə təyin etməyi bacarmaq;
- Təbii qazın və oksigenin tərkibini, xassələrini və onlardan istifadə qaydalarını bilmək.
Tələblər
- Orta texniki və ya peşə-ixtisas təhsili (metallurgiya, energetika, maşınqayırma və ya kimya sənayesi üzrə);
- Ali texniki təhsil (arzuolunandır).
- İstehsalatda təcrübəsi olması üstünlükdür.
- Yüksək diqqət və məsuliyyətlilik;
- Komanda ilə işləmə bacarığı;
- Fiziki dözümlülük və texniki təfəkkür;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.