Baku TV “Montaj rejissoru” vakansiyası elan edir.
Dinamik, müasir vizual düşüncəyə, geniş dünyagörüşünə və yaradıcı yanaşmaya malik uyğun namizədlər müraciət edə bilər.
Əsas tələblər:
- Video montaj sahəsində minimum 3–5 illik peşəkar iş təcrübəsi;
- Televiziya verilişləri üçün anonsların, xüsusi günlərə və əlamətdar hadisələrə həsr olunmuş promo və imic çarxlarının kreativ üslubda hazırlanması bacarığı;
- Müasir vizual trendləri izləmək və onları yaradıcı iş prosesində tətbiq etmək bacarığı;
- Süni intellekt (AI) alətlərindən istifadə edərək kreativ video kontent hazırlamaq bacarığı;
- Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı;
- Müstəqil yaradıcı ideyalar irəli sürmək və onları konsepsiyadan yekun məhsula qədər reallaşdırmaq bacarığı;
- Komandada işləmək, yaradıcı müzakirələrdə və ideya mübadiləsində aktiv iştirak etmək
Qeyd: Portfolio təqdim etmək mütləqdir. Televiziya anonsları, promo və kreativ video çarxlar üzrə iş nümunələrinə üstünlük veriləcək.
Uyğun namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.