Montaj rejissoru

  • Истекает 21 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baku TV “Montaj rejissoru” vakansiyası elan edir.

Dinamik, müasir vizual düşüncəyə, geniş dünyagörüşünə və yaradıcı yanaşmaya malik uyğun namizədlər müraciət edə bilər.

Əsas tələblər:

  • Video montaj sahəsində minimum 3–5 illik peşəkar iş təcrübəsi;
  • Televiziya verilişləri üçün anonsların, xüsusi günlərə və əlamətdar hadisələrə həsr olunmuş promo və imic çarxlarının kreativ üslubda hazırlanması bacarığı;
  • Müasir vizual trendləri izləmək və onları yaradıcı iş prosesində tətbiq etmək bacarığı;
  • Süni intellekt (AI) alətlərindən istifadə edərək kreativ video kontent hazırlamaq bacarığı;
  • Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı;
  • Müstəqil yaradıcı ideyalar irəli sürmək və onları konsepsiyadan yekun məhsula qədər reallaşdırmaq bacarığı;
  • Komandada işləmək, yaradıcı müzakirələrdə və ideya mübadiləsində aktiv iştirak etmək

Qeyd: Portfolio təqdim etmək mütləqdir. Televiziya anonsları, promo və kreativ video çarxlar üzrə iş nümunələrinə üstünlük veriləcək.

Uyğun namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily9
  • Weekly341
  • Monthly1762