Balique 2023 Ltd MMC Balique 2023 Ltd MMC
  • 161

Balique 2023 Ltd MMC

Ərzaq məhsulların istehsalı

İdxal üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İdxal üzrə menecer

  • Deadline 29 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyaları:

  • Xarici bazarların sistemli və davamlı şəkildə araşdırılmasını həyata keçirmək, yeni və potensial təchizatçıları müəyyən etmək və onların kommersiya imkanlarını qiymətləndirmək. 
  • Potensial və mövcud təchizatçılarla rəsmi danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq və şirkətin maraqlarını təmin etmək.
  • Təchizatçılardan qiymət təkliflərini toplamaq, onların müqayisəli təhlilini aparmaq və əsaslandırılmış seçim üzrə rəhbərliyə təqdimatlar hazırlamaq.
  • Təchizat müqavilələrinin hazırlanması, razılaşdırılması və bağlanması prosesində iştirak etmək, müqavilə şərtlərinə riayət olunmasına nəzarət etmək.
  • Sifarişlərin vaxtında yerləşdirilməsini təmin etmək və icra prosesinə sistemli nəzarət həyata keçirmək.
  • İdxal prosesinin bütün mərhələlərini (logistika, daşınma, sığorta, gömrük sənədləşməsi və digər əlaqəli prosedurlar) koordinasiya etmək və prosesin qanunvericiliyə uyğun icrasını təmin etmək.
  • Təchizat müddətlərinə və təsdiq edilmiş çatdırılma qrafiklərinə riayət olunmasına nəzarət etmək, mümkün gecikmələrin qarşısını almaq üçün operativ tədbirlər görmək.
  • Ödəniş əməliyyatlarını maliyyə şöbəsi ilə əlaqələndirmək, müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin vaxtında icrasını təmin etmək.
  • Alternativ təchizat kanallarını araşdırmaq, potensial riskləri təhlil etmək və risklərin minimallaşdırılması istiqamətində təkliflər hazırlamaq.
  • Aylıq və rüblük satınalma və idxal fəaliyyətinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Bazar qiymətlərinin dinamikasını mütəmadi izləmək, analitik təhlillər aparmaq və rəhbərliyə əsaslandırılmış təkliflər vermək. 

Tələblər:

  • Ali təsil
  • Azərbaycan və rus və ingilis dillərində səlis danışıq və yazı bacarığı
  • Ünsiyyət və problem həll etmə bacarığı
  • Stressə davamlılıq və komandada işləmək bacarığı
  • Ofis proqramları ilə işləmə bacarığı 

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
  • Karyera inkişaf imkanı
  • Mehriban və peşəkar komanda

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İdxal üzrə menecer” qeyd olunmalıdır. 

  • Daily7
  • Weekly440
  • Monthly7