Vəzifə öhdəlikləri
- Ofis şəbəkəsinin (LAN/WAN, Wi-Fi, router, switch) və IT infrastrukturunun idarə olunması və işlək vəziyyətdə saxlanılması
- Windows serverləri, e-mail sistemləri, hosting/domain xidmətləri və istifadəçi hesablarının idarə olunması
- Windows və macOS əməliyyat sistemli cihazların, həmçinin digər IT avadanlıqlarının quraşdırılması, texniki dəstəyi və nasazlıqların aradan qaldırılması
- Kompüter, telefon və digər texniki avadanlıqların seçilməsi və sifarişi zamanı texniki məsləhət verilməsi
- Kamera və digər sistemlərin giriş məlumatlarının təhlükəsiz idarə olunması, yalnız səlahiyyətli şəxslərlə paylaşılması
- Sistem, şəbəkə və digər texniki problemlərin araşdırılması və operativ həll edilməsi
- Məxfi məlumatların qorunmasına və informasiya təhlükəsizliyinə nəzarət olunması
Tələblər:
- Sistem administrasiyası və ya IT dəstək sahəsində minimum 1 il iş təcrübəsi
- Windows Server və macOS üzrə əsas biliklər
- Şəbəkə protokolları (TCP/IP, DNS, DHCP, VPN) haqqında anlayış
- Kompüter və IT avadanlıqları üzrə praktiki biliklər
- E-mail, hosting və domain idarəçiliyi üzrə əsas biliklər
- Problemləri analiz etmə, araşdırma və həll etmə bacarığı
- Məxfi məlumatlarla işləyərkən məsuliyyətli və diqqətli yanaşma
- Komandada işləmək və düzgün ünsiyyət bacarığı
Üstünlük hesab olunur:
- Active Directory ilə iş təcrübəsi
- Group policy anlayışı
- Firewall və antivirus sistemləri ilə işləmə təcrübəsi
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd olunmalıdır.