Vəzifənin məqsədi
- Şirkətin dəniz məhsullarının müştərilərə vaxtında, təhlükəsiz və keyfiyyət tələblərinə uyğun şəkildə çatdırılmasını təmin etmək.
- Daşınma zamanı məhsulların temperatur rejiminin və gigiyenik normaların qorunmasına nəzarət etmək.
Vəzifə öhdəliklər
- Mağazanın gündəlik əməliyyat fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq.
- Təyin olunmuş aylıq və illik satış planlarının icrasını təmin etmək.
- Satış göstəricilərini mütəmadi analiz etmək və nəticələrə uyğun tədbirlər görmək.
- Mağaza heyətinin iş qrafikini tərtib etmək və iş bölgüsünü həyata keçirmək.
- İşçilərin fəaliyyətinə nəzarət etmək, performansını qiymətləndirmək və inkişaf planı hazırlamaq.
- Yeni əməkdaşların işə qəbulu prosesində iştirak etmək və adaptasiya mərhələsini təşkil etmək.
- Müştəri məmnuniyyətini təmin etmək, şikayət və təklifləri operativ və effektiv şəkildə həll etmək.
- Vitrinlərdəki məhsulların istifadə müddətinə mütəmadi nəzarət etmək və vaxtı keçmiş malları stokdan çıxartmaq
- Kassa əməliyyatlarına və pul vəsaitlərinin düzgün uçotuna nəzarət etmək.
- Mal qəbulu, stok səviyyəsi və inventarizasiyaya nəzarət etmək.
- Mağazada məhsulların düzgün yerləşdirilməsini və vizual standartlara uyğunluğunu təmin etmək.
- Mağazanın təmizlik, nizam-intizam və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək.
- Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Kampaniya və aksiyaların mağaza daxilində düzgün icrasını təmin etmək.
- Zəruri hallarda problemli situasiyalarda operativ qərarlar qəbul etmək.
- Şirkətin daxili siyasət və prosedurlarına riayət olunmasını təmin etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Azərbaycan və rus dilində səlis danışıq bacarığı
- İdarəetmə bacarığı
- Ünsiyyət və problem həll etmə bacarığı
- Stressə davamlılıq və komandada işləmək bacarığı
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
- Karyera inkişaf imkanı
- Mehriban və peşəkar komanda
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Mağaza meneceri” qeyd olunmalıdır.