Şirkətimiz komandamıza SMM / Kontent üzrə Mütəxəssis axtarır. Əgər sosial medianı sevir, kreativ düşünür və trendləri yaxından izləyirsənsə, səni komandamızda görmək istərdik!
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) idarə olunması
- Aylıq və həftəlik kontent planlarının hazırlanması
- Sosial media üçün kreativ mətn, vizual və video kontent ideyalarının hazırlanması
- Paylaşımların vaxtında və plan üzrə yerləşdirilməsi
- Online satıcıların mesajlarının izlənilməsi
- Sosial media statistikalarının izlənməsi və aylıq hesabatların hazırlanması
- Trendlərin və rəqiblərin təhlili, yeni ideyaların təklif edilməsi
- Dizayner və marketinq komandası ilə koordinasiyalı iş
Namizədə tələblər:
- SMM və ya kontent sahəsində minimum 3-5 il iş təcrübəsi
- Sosial media platformalarının iş prinsipini yaxşı bilmək
- Azərbaycan dilində səlis yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür)
- Kreativ düşüncə və məsuliyyətlilik
- Analitik düşünmə və hesabat hazırlamaq bacarığı
Biz təklif edirik:
- Peşəkar və dinamik komanda
- Karyera və inkişaf imkanları
- Rəqabətli əmək haqqı
- Rahat iş mühiti
CV-lərinizi mövzu hissəsində “SMM / Kontent üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.