Əsas vəzifə və öhdəliklər:
- Müxtəlif növ suşi yeməklərinin hazırlanması
- Məhsulların (balıq, düyü, tərəvəz və s.) keyfiyyətinə və təzəliyinə nəzarət etmək
- Mətbəxdə gigiyena və sanitariya qaydalarına riayət etmək
- İş yerinin və avadanlıqların təmiz və səliqəli saxlanılması
- Menyuya uyğun olaraq sifarişlərin vaxtında və düzgün hazırlanması
- Yeni reseptlərin hazırlanmasında iştirak etmək və menyunun inkişafına töhfə vermək
- Müştəri tələblərinə uyğun fərdi sifarişlərin hazırlanması
- Anbar ehtiyatlarını izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək
- Komanda ilə koordinasiyalı işləmək və iş prosesinə uyğunlaşmaq
- Qida təhlükəsizliyi qaydalarına riayət etmək
Tələb olunan bilik və bacarıqlar:
- Sushi hazırlanması üzrə praktiki təcrübə
- Balıq növləri və onların emalı haqqında bilik
- Gigiyena və qida təhlükəsizliyi standartlarını bilmək
- Sürətli və diqqətli işləmək bacarığı
- Komanda ilə işləmə qabiliyyəti
- Yaradıcılıq və estetik zövq
Təhsil və təcrübə:
- Kulinariya üzrə təhsil arzuolunandır
- Minimum 1–2 il sushi ustası kimi iş təcrübəsi mütləqdir
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və intizamlı olmaq
- Detallara diqqət
- Təmizlik və səliqəyə önəm vermək
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Sushi ustası” qeyd olunmalıdır.