Balique 2023 Ltd MMC Balique 2023 Ltd MMC
  • 243

Balique 2023 Ltd MMC

Food Products

Xadimə

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xadimə

  • Deadline 18 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin məqsədi

  • Müəssisədə sanitariya-gigiyena qaydalarına uyğun təmiz, səliqəli və təhlükəsiz iş mühitinin təmin edilməsi, işçilər və ziyarətçilər üçün sağlam və komfortlu şəraitin yaradılması.

Vəzifə öhdəlikləri

  • Müəssisənin otaqlarının, dəhlizlərin, sanitar qovşaqlarının gündəlik təmizlənməsi;
  • Döşəmələrin süpürülməsi və yuyulması;
  • Masaların, pəncərəaltıların, qapıların və digər səthlərin silinməsi;
  • Sanitar qovşaqların dezinfeksiya olunması;
  • Zibil qutularının boşaldılması və tullantıların müəyyən olunmuş yerə daşınması;
  • Təmizlik vasitələrinin düzgün və qənaətlə istifadəsi;
  • Təmizlik avadanlıqlarının səliqəli saxlanılması;
  • Sanitariya və gigiyena qaydalarına riayət edilməsi.
  • Ofis daxili xidmət işlərinin görülməsi (çayın verilməsi, mətbəxin səliqəli saxlanması və s.)
  • İstifadə olunmuş qabların yuyulması və mətbəx təmizliyinin təmin edilməsi
  • Zərurət olduqda rəhbərliyin tapşırığı ilə əlavə təmizlik işlərinin görülməsi; 

Tələblər:

  • Azərbaycan dilində səlis danışıq bacarığı  
  • Ünsiyyət və problem həll etmə bacarığı
  • Stressə davamlılıq və komandada işləmək bacarığı 

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
  • Mehriban və peşəkar komanda

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Xadimə” qeyd olunmalıdır. 

  • Daily4
  • Weekly594
  • Monthly1890