Vəzifənin məqsədi
- Müəssisədə sanitariya-gigiyena qaydalarına uyğun təmiz, səliqəli və təhlükəsiz iş mühitinin təmin edilməsi, işçilər və ziyarətçilər üçün sağlam və komfortlu şəraitin yaradılması.
Vəzifə öhdəlikləri
- Müəssisənin otaqlarının, dəhlizlərin, sanitar qovşaqlarının gündəlik təmizlənməsi;
- Döşəmələrin süpürülməsi və yuyulması;
- Masaların, pəncərəaltıların, qapıların və digər səthlərin silinməsi;
- Sanitar qovşaqların dezinfeksiya olunması;
- Zibil qutularının boşaldılması və tullantıların müəyyən olunmuş yerə daşınması;
- Təmizlik vasitələrinin düzgün və qənaətlə istifadəsi;
- Təmizlik avadanlıqlarının səliqəli saxlanılması;
- Sanitariya və gigiyena qaydalarına riayət edilməsi.
- Ofis daxili xidmət işlərinin görülməsi (çayın verilməsi, mətbəxin səliqəli saxlanması və s.)
- İstifadə olunmuş qabların yuyulması və mətbəx təmizliyinin təmin edilməsi
- Zərurət olduqda rəhbərliyin tapşırığı ilə əlavə təmizlik işlərinin görülməsi;
Tələblər:
- Azərbaycan dilində səlis danışıq bacarığı
- Ünsiyyət və problem həll etmə bacarığı
- Stressə davamlılıq və komandada işləmək bacarığı
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
- Mehriban və peşəkar komanda
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Xadimə” qeyd olunmalıdır.