Namizədlər üçün irəli sürülən tələblər:
- Müvafiq sahədə azı 3 il iş təcrübəsi;
- Windows Server 2016/2019/2022 və infrastruktur servisləri: AD DS, GPO, DNS, DHCP, AD CS, WSUS, DFS/FRS, FSRM;
- Exchange Server 2016+ və/və ya Microsoft 365 Exchange Online (hibrid mühit üstünlükdür);
- Failover Cluster və Remote Desktop Services (RDS) administrasiyası;
- PowerShell skriptləşdirmə və avtomatlaşdırma;
- VMware vCenter / ESXi 6.7–8.x (vmotion, HA, DRS və s.);
- Server avadanlığı: Dell, HPE (quraşdırma, firmware, iDRAC/iLO);
- Storage / SAN texnologiyaları (FC və ya iSCSI) və Veeam Backup & Replication;
- Monitorinq sistemləri (Zabbix, PRTG və ya analoji);
- Dillər: Azərbaycan — sərbəst, Rus — yaxşı, İngilis — orta səviyyə (şifahi/yazılı).
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
Üstünlük verilir:
- Linux (RHEL/Ubuntu) üzrə baza səviyyəli idarəetmə;
- Azure AD, Intune, SharePoint, Teams və digər M365 xidmətləri;
- SIEM / E-mail Security (FortiMail, Proofpoint, Mimecast və s.);
- VDI (VMware Horizon, Citrix) həlləri;
- Infrastructure-as-Code (Ansible, Terraform);
- Peşəkar sertifikatlar: MCSE, VCP, VMCE, AZ-104/AZ-305 və s.
Vəzifə öhdəlikləri:
- Bankın server, storage və şəbəkə infrastrukturunun sabit və fasiləsiz işləməsini təmin etmək;
- Yüksək əlçatanlıq (HA/DR) həllərini qurmaq və dəstəkləmək;
- Zəmanətli backup və BCP/DR ssenarilərinin yaradılması, test edilməsi;
- On-prem və bulud ehtiyatlarının səmərəli planlaşdırılması və optimallaşdırılması;
- İT proseslərinin maksimal avtomatlaşdırılması (PowerShell, IaC);
- İnformasiya təhlükəsizliyi tələblərinin (patch-management, hardening, audit) icrası;
- Avadanlıqların quraşdırılması, firmware yeniləmələri və texniki dəstək;
- Change Management çərçivəsində bütün dəyişikliklərin sənədləşdirilməsi;
- Təchizatçılar və podratçılarla əməkdaşlıq və texniki eskalasiya.
Xahiş olunur mövzu hissəsində Sistem Administratoru vəzifəsini qeyd edib CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.