Vəzifə öhdəlikləri:
- Bankın kreditləri üzrə yeni və mövcud müqavilələrin uçotunun aparılması
- Ödəniş cədvəli üzrə qaytarılması gecikdirilmiş kreditlərə Bankın əməliyyat proqramında öz səlahiyyətləri daxilində cərimələrin hesablanması
- Plastik kartlar (debet və maaş kartları) üzrə vəsaitlərin istifadəsi ilə bağlı əməliyyatların Bankın əməliyyat proqramında əks etdirilməsi
- Bankın bütün növ kreditləri üzrə ödənişlərin silinməsi
- Ödəniş terminalları vasitəsilə aparılan ödənişlərin Bankın əməliyyat proqramında əks olunması
- Ödəniş kartları üzrə istifadə oluna biləcək hesab qalıqlarının/limitlərinin gündəlik yenilənməsi
Tələblər:
- Ali təhsil
- Sahə üzrə iş təcrübəsi- 1-3 il
- Dil biliyi: Azərbaycan – Mükəmməl, Rus- Orta, İngilis- Orta
- Mühasibat uçotu üzrə biliklər
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.