Bank of Baku Bank of Baku

Bank məhsullarının satışı bölməsinin aparıcı eksperti (RBD)

Bank məhsullarının satışı bölməsinin aparıcı eksperti (RBD)

  • Deadline 10 May 2026

Vəzifə öhdəlikləri:

  • Bankın inzibati ofislərindən (baş idarə, inzibati mərkəz, filiallar və s) kənarda müştərilərin cəlb edilməsi fəaliyyətini həyata keçirir, idarə və müəssisələrdə müştərilərlə görüşlər keçirir, banka məxsus buklet, flyer və s. reklam daşıyıcılarının müştərilərə təqdim edlməsini təmin edir;
  • Kredit məhsulları üzrə müştəri cəlbinə dair zənglərin edilməsini və sosial şəbəkələr vasitəsilə (həmçinin digər vasitələrlə) sms-lər göndərilməsini təmin edir;
  • Bankın daxili qaydaları və tariflərində qeyd olunan digər xidmətləri və əməliyyatları da müştərilərə təklif edir, buna dair sualları və müraciətləri cavablandırır;
  • Bölmədə əmək intizаmınа riаyət etməklə innovativ layihələrin inkişafını təmin edi;
  • Bölməyə yeni götürülmüş təcrübəçilərə və kiçik ekpertlərə treyninqlər keçir, onların bu sahədə təcrübələrinin artırılmasına dəstək olur;
  • Bir başa rəhbəri, şöbə müdiri, departament Direktorunun müavini, Rəqəmsal bankçılıq departamenti direktoru tərəfindən tələb edilən sorğu və hesabatları vaxtında icra və təmin edir;
  • Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər:

  • Ali təhsil- bakalavr
  • Təcrübə 1-3 il

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly699
  • Monthly1083