Vəzifə öhdəlikləri:
- Əməkdaşlarına kreditlərin ayrılması üçün potensial partnyorların banka cəlb edilməsini təmin edir.
- Cəlb edilmiş müştərilərin qruplar üzrə partnyorluğa qəbul edilməsi üçün komitənin müzakirəsinə hazırlayır.
- İnnovativ layihələri (e-bankçılıq, elektron imza və s.) həyata keçirir və onların inkişafı istiqamətində müvafiq strukturlarla əməkdaşlıq edir
- Bankın məhsul və xidmətləri ilə bilavasitə bağlı olan konfrans, sərgi, simpozium və digər tədbirlərdə Bankı təmsil edir;
- Potensial pərakəndə müştərilərin Banka cəlb olunması üçün alternativ satış kanallarını inkişaf etdirir;
- Aylıq, rüblük və illik hesabatlar hazırlayır;
- İnnovativ layihələrdə iştirak edən partnyorları seçir və onlarla iş birliyi qurur;
- Bölmənin işini təşkil edir və effektiv fəaliyyət göstərməsini təmin edir;
- İllik plan üzrə bölmənin iş bölgüsünü müəyyən edir;
Tələblər:
- Ali təhsil
- Sahə üzrə iş təcrübəsi- 3-5 il
- Dil biliyi: Azərbaycan – Mükəmməl, Rus- Orta
- CRM sistemləri və müvafiq satış proqramlarında işləmək bacarığı.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.