Vəzifə öhdəlikləri:
- Bankın bir və ya bir neçə (kross-funksional) struktur bölməsi tərəfindən yerinə yetirilən funksiyalar üzrə mövcud proseslərin tərtib olunmasını və yenilənməsini tərtib edir.
- Bankın müvafiq struktur bölmələrindən daxil olan sorğuların (biznes, istək, tənzimləyicinin tələbi, risk xarakterli sorğular və.s) təhlilini aparmaqla, reallaşdırılması məqbul hesab edilən sorğular üzrə texniki tapşırıq, analiz və dizayn və s. texniki sənədləri hazırlayır və ya hazırlanmış texniki sənədlər üzrə dəyişiklik zərurəti olduqda, dəyişikliklər edir.
- Texniki sənədlərin icrası prosesində aidiyyatı struktur bölmələrin əməkdaşları ilə mütəmadi əlaqə saxlamaqla, icra edilməli işlərin gedişatına nəzarət edir və zərurət yarandığı təqdirdə, onlara müvafiq istiqamətlər verir.
- Hazırlanmış proqram təminatlarının sınaq testlərinin keçirilməsi və testin sənədləşməsi prosesinində iştirak edir.
- Hazırlanmış proqram təminatlarının təqdimat və təlimatlarının hazırlanmasını həyata keçirir.
- Verilən tapşırıqların ümumi gedişatını izləyir, proqramlaşdırma prosesi zamanı proqramçıları lazımi dəqiqləşdirmə, məlumat, analiz dəstəyi ilə təmin edir.
Tələblər:
- Sql, məlumat bazaları ilə işləmə bacarığı
- Texniki tapşırıq, biznes tələbləri sənədi, API texniki sənədi və s hazırlama bacarığı
- UML diaqramlarla işləmə bacarığı
- Bank sistemləri üzrə biliklər
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.