Vəzifə öhdəlikləri:
- Bankın uzunmüddətli strateji fəaliyyət hədəflərinin müəyyənləşdirildiyi Strateji planının hazırlanmasında səlahiyyətləri daxilində iştirak edir;
- Bankın strateji hədəflərinə nail olması üçün qısa və ortamüddətli fəaliyyət plan(lar)ının müəyyənləşdirilməsi prosesində səlahiyyətləri daxilində iştirak edir;
- Bankın biznes hədəflərinə çatması üçün effektiv satış modellərinin qurulması ilə bağlı təkliflər hazırlayır, bu təkliflər Bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul (təsdiq) edildikdə onların icrası istiqamətində aidiyyəti struktur bölmələrlə (vahidlərlə) səlahiyyətləri daxilində əməkdaşlıq edir;
- Bankda korporativ göstəricilər və qiymətləndirmə sisteminin (“Balanced Scorecard”) müəyyənləşdirilməsində səlahiyyətləri daxilində iştirak edir;
- Müştəri məmnuniyyətinin və Bankın satış (o cümlədən, çarpaz satış) imkanlarının artırılmasına, həmçinin müştərilərin Banka loyallığının təmin edilməsinə səlahiyyətləri daxilində dəstək olur;
- Bankda məhsul və xidmətlərin satışını həyata keçirən struktur bölmələrin (vahidlərin) fəaliyyətinin təyin olunmuş performans və keyfiyyət meyarlarına uyğunluğunu qiymətləndirir və nəticələri barədə birbaşa rəhbərinə məlumat təqdim edir;
- Bankın fəaliyyət sahəsinə aid olan məsələlərdə performans və keyfiyyət meyarlarının inkişaf etdirilməsi məqsədilə təkliflər verir;
Tələblər:
- Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
- Sahə üzrə 1-2 il iş təcrübəsi
- MS Excel- Yüksək
- SQL- Orta
- Power BI- Orta
- Power Point- Yüksək
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Maraqlanan namizədlər qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərlər.