Vəzifə öhdəlikləri:
- Personal əməliyyatlarına aid bütün rəsmiləşdirmə əməliyyatlarının Əmək qanunvericiliyinə uyğun ƏMAS və daxili sistemdə həyata keçirilməsi;
- Məlumat uçotunun vaxtında və düzgün qaydada aparılması.
- Əməkdaşların şəxsi işlərinin davamlı aparılmasında birbaşa rəhbərinə köməklik göstərir,
- Birbaşa rəhbərinin göstərişi ilə banka aidiyyatı olan şəxslərin siyahısının hazırlanmasını və vaxtaşırı yenilənməsini həyata keçirir,
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn digər funksiyaları icra etməsi
Tələblər:
- Hüquq, İqtisadiyyat, İnsan resursları sahələrində ali təhsil
- Kadr işinin təşkili üzrə 3-5 il təcrübə
- Yüksək səviyyədə Əmək Məcəlləsi üzrə biliklər
- Bank qanunvericiliyi biliyi üstünlükdür
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.