Vəzifə öhdəlikləri:
- Bankın xidmət, məhsul və kampaniyaları barədə ətraflı məlumatlı olmalı;
- Sosial şəbkələr və korporativ saytlar üzərindən yazılan müraciətləri cavablandırmalı;
- Daxil olan təklif və iradları qeydə almalı və yönləndirməli;
- Bankın əməliyyat proqramından istifadə və müəyyən əməliyyatları icra etməli;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etməli;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirməli;
Tələblər:
- Təhsil- Ali
- İş təcrübəsi- tələb edilmir
- Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- yüksək
- Orfoqrafik qaydalara uyğun sürətli yazı qabiliyyətinə malik olmalı.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.