Vəzifə öhdəlikləri:
- Bankın server və saxlanc infrastrukturunun gündəlik idarə edilməsi, monitorinqi və fasiləsiz işlək vəziyyətdə saxlanılması.
- Windows və Linux serverlərin quraşdırılması, konfiqurasiyası, yenilənməsi və inzibatçılığı.
- VMware virtualizasiya mühitinin idarə edilməsi, virtual serverlərin yaradılması, resursların bölüşdürülməsi və optimizasiyası.
- Storage sistemləri, SAN switch-lər və datastore-ların idarə olunması, disk resurslarının planlaşdırılması və monitorinqi.
- Backup və restore proseslərinin icrası, ehtiyat nüsxələrin düzgünlüyünün yoxlanılması və bərpa testlərində iştirak.
- Serverlər üzrə performans, resurs istifadəsi, disk tutumu və sistem loglarının izlənilməsi.
- Hadisə və problemlərin araşdırılması, root cause analysis aparılması və müvafiq texniki həllərin tətbiqi.
- Sistem təhlükəsizliyi tələblərinə uyğun olaraq serverlərin hardening edilməsi, patch/update proseslərinin icrası.
- AD, DNS, DHCP, GPO və digər infrastruktur servisələrinin idarə olunmasında iştirak.
- DR və BCP prosesləri çərçivəsində server və saxlanc sistemlərinin replikasiyası, testləri və bərpa ssenarilərində iştirak.
- İnfrastruktur üzrə texniki sənədləşmənin hazırlanması və aktual saxlanılması.
- Audit, informasiya təhlükəsizliyi və daxili nəzarət tələbləri üzrə tələb olunan texniki məlumatların hazırlanması.
- Yeni layihələrdə server və saxlanc infrastrukturu üzrə texniki dəstəyin göstərilməsi.
- Daxili istifadəçilər və digər IT komandalarından daxil olan sorğuların vaxtında və keyfiyyətli icra edilməsi.
Tələblər:
- Ali təhsil – (İT və əlaqəli sahələr)
- Sahə üzrə iş təcrübəsi 2-3 il
- Dil biliyi: Azərbaycan - Yüksək
Texniki səriştəliklər
- Kubernetes, Vault, Docker, VMWare, Linux
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.