Vəzifə öhdəlikləri:
- Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə əlaqədar daxil olan sorğulara (biznes, istək, tənzimləyicinin tələbi, risk xarakterli sorğular və.s) əsasən, tətbiqdə istifadə olunan, əlaqəli backend servislərə/API’larda dəyişiklikləri kodlaşdırır, ilkin testləri edir və təhvil verir;
- Bankın müvafiq struktur bölmələrindən mobil tətbiqlərlə əlaqədar daxil olan yeni tələb, TİO və ya layihələrlə əlaqədar verilmiş texniki sənədə əsasən yeni backend servis, API yaradılmasını kodlaşdırır, ilkin testləri edir və təhvil verir;
- Yeni layihələrlə əlaqədar yaradılacaq yeni API, backend arxitekturasının qurulmasında əsas funksiyaları həyata keçirir, arxitekturanın qurulmasında əvvəldən sonadək aparıcı rolu öhdəsinə götürür və icra edir.
Tələblər:
- Təhsil: Ali (İnformasiya texnologiyaları sahəsində ali təhsilin olması üstünlükdür);
- Təcrübə: Sahəsi üzrə 1-3 il;
- Arxitektura üslubları və sistem dizaynı haqqında biliklərin olması;
- Geniş istifadə olunan Java çərçivələri (Spring, Spring boot, Micronaut, Hibernate) ilə bağlı biliklər;
- REST api və SOAP veb servislərinin texniki analiz, dizayn edilmə və kodlaşdırılma bacarığı.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.