Bank of Baku Bank of Baku
  • 389

Bank of Baku

Banklar , Maliyyə xidmətləri ,

Kadr işinin təşkili bölməsinin eksperti

Kadr işinin təşkili bölməsinin eksperti

  • Deadline 17 Yanvar 2026

Vəzifə öhdəlikləri:

  • Bankın əməkdaşlarının kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən məlumat bazasını yaradır;
  • Əməkdaşların şəxsi işlərinin davamlı aparılmasında birbaşa rəhbərinə köməklik göstərir;
  • Hər ilin əvvəlində işçilərin məzuniyyət cədvəlinin tərtib edilməsini təmin edir, işçilərin ərizələri əsasında məzuniyyət əmrlərini hazırlayır, aidiyyatı əməkdaşlara /struktur bölmələrə göndərir və il ərzində məzuniyyətlərin verilməsi uçotunun cədvələ əsasən aparılmasını həyata keçirir;
  • Ezamiyyələrin rəsmiləşdirilməsi və qeydiyyatını həyata keçirir;
  • Şənbə sərəncamları ilə bağlı qeydiyyatlar aparır, sərəncamda qeydlərin aparılması üçün departament/filiallara giriş imkanının verilməsini təmin edir;
  • İş vaxtının qeydiyyat tabelinin hazırlanması və gündəlik aparılmasını həyata keçirir;
  • İşçilərin sosial sığortasına aid lazımi sənədlərin hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərir;
  • Yeni işə qəbul olunmuş işçilərin gündəlik qeydiyyatı üçün barmaq izlərinin götürülməsini, onlara giriş kodunun verilməsini həyat keçirir, işçilərin qeydiyyatla bağlı yaranan problemlərini aradan qaldırır;
  • Birbaşa rəgbərinini göstərişi ilə banka aidiyyatı olan şəxslərin siyahısının hazırlanmasını və vaxtaşırı yenilənməsini həyata keçirir;
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
  • Bilavasitə rəhbəri və sahə rəhbərinin əmək müqaviləsi, departamentin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktların vəzifə öhdəliklərinə aid olan göstərişlərindən irəli gələn tapşırıq və sərəncamlarını qeyd-şərtsiz yerinə yetirir

Tələblər:

  • Azərbaycan - Mükəmməl
  • Rus – Orta
  • MS Office – Yüksək
  • Sahə üzrə iş təcrübəsi:1-2 il
  • Ali təhsil – bakalavriat 
  • Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly318
  • Monthly1497