Bank of Baku Bank of Baku
  • 162

Bank of Baku

Banklar , Maliyyə xidmətləri ,

Keyfiyyətin təminatı bölməsinin eksperti (QA)

Keyfiyyətin təminatı bölməsinin eksperti (QA)

  • Deadline 8 Yanvar 2026

Vəzifə öhdəlikləri:

  • Tələbləri, istifadəçi hekayələrini və qəbul meyarlarını, spesifikasiyaları və test əsaslarını təhlil etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
  • Test ssenariləri və test prosedurlarını dizayn etmək və həyata keçirmək;
  • Testləri yerinə yetirmək, nəticələri qiymətləndirmək və gözlənilən nəticələrdən kənarlaşmaları sənədləşdirmək;
  • Testin gedişatı hesabatlarının və test xülasə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Test prosesini asanlaşdırmaq üçün müvafiq alətlərdən istifadə etmək

Yumşaq bacarıqlar:

  • Analitik düşünmə qabiliyyəti
  • Detallara diqqət
  • Keyfiyyət yönümlülük

Digər şərtlər:

  • Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat sahələri üzrə olmaqla);
  • Müvafiq sahə üzrə ən azı 1 illik davamlı iş təcrübəsi;
  • Azərbaycan dili (İngilis, Rus dili - arzuolunan);
  • Proqram təminatı testi üzrə biliklər;
  • Proqram və sistemlərin memari cəhətləri haqqında biliklərə sahib olmaq, onların iş prinsiplərini anlamaq, müxtəlif alət və texnologiyaların təyinatlarını başa düşmək və onlardan istifadə etmək;
  • Texniki sənədlərlə işləmə bacarığı;
  • Məlumatların toplanması, təhlili və sistemləşdirilməsi bacarıqları;
  • Effektiv ünsiyyət və əməkdaşlıq bacarıqları;
  • Problem həll etmə və tənqidi düşünmə bacarıqları;
  • Komanda şəklində işləmə bacarığı.
  • Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi və yeniliyə həvəsli olmaq, müvafiq sahə üzrə standartları mənimsəmək.

Dil biliyi:

  • Azərbaycan - Mükəmməl
  • İngilis - Orta

Kompüter biliyi:

  • Ofis Proqramları - Orta
  • Verilənlər Bazası (Basic SQL Bilikləri) - Orta
  • Postman, Swagger - Yüksək
  • Jira və ya bənzəri sistemlər - Orta
  • Test alətləri - Orta

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily0
  • Weekly610
  • Monthly1178