Vəzifə öhdəlikləri:
- Potensial təhlükəsizlik insidentlərini müəyyən etmək üçün təhlükəsizlik xəbərdarlıqlarını və qeydləri davamlı olaraq izləmək,
- Təhqiqat və bərpa işləri də daxil olmaqla insidentlərə cavab tədbirləri ilə məşğul olmaq,
- Təşkilatın müdafiə tədbirlərini sınamaq üçün təhlükəsizlik təlimlərində və simulyasiyalarda iştirak etmək,
- Şəbəkənin, tətbiqin və son nöqtələrin təhlükəsizlik vəziyyətini qiymətləndirmək və sərtləşdirmək,
- Anomaliyalar və potensial təhlükələrin araşdırılmasını aktiv şəkildə aparmaq,
- İcazəsiz giriş, məlumat itkisi və kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirilməsinə dəstək vermək,
- Bankın təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq üçün digər strukturlar ilə sıx əməkdaşlıq etmək,
- Bankın informasiya təhlükəsizliyi siyasətinə uyğun fəaliyyətini qurmaq və inkişafı və istifadə səmərəliyinin artırılması məqsədilə işlərinin icrasının təmin edilməsi.
Tələblər:
- Təhsil- Ali
- İş təcrübəsi- tələb olunmur
- Dil biliyi- Azərbaycan dili- yüksək, İnglis dili- orta; Rus dili-orta
Kompüter biliyi
- Windows ƏS üzrə biliklər - Orta
- Linux ƏS üzrə biliklər - Orta
- Şəbəkə üzrə biliklər - Orta
- Scripting üzrə biliklər ( python arzu olunar ) - Başlanğıc
- Kibertəhlükəsizliyin əsasları üzrə biliklər - Orta
- İSO 27001 üzrə biliklər - Başlanğıc
- NİST CSF üzrə biliklər - Başlanğıc
- CİS Benchmarks tanışlıq arzu olunar - Başlanğıc
- PCİ DSS üzrə biliklər arzu olunar - Başlanğıc
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.