Bank of Baku Bank of Baku

Bank of Baku

Banklar , Maliyyə xidmətləri ,

Koordinasiya və hesabatlıq şöbəsinin baş eksperti

Koordinasiya və hesabatlıq şöbəsinin baş eksperti

  • Deadline 7 Fevral 2026

Vəzifə öhdəlikləri:

  • Siyahı tərtib edərək işlərin və lazımi sənədlərin məhkəməyə göndərilməsi üçün Şöbəyə təqdim olunması barədə müvafiq struktur bölmələrə tələbnamə verir və işlərin həmin struktur bölmələrdən təhvil alınmasına nəzarət edir.
  • Həmin işlərin vaxtında və İşlər üzrə sənədlərin tam həcmdə Şöbəyə təqdim edilməsinə nəzarət edir.
  • İşlər üzrə müəyyənləşdirilmiş qaydada məhkəməyə göndərilməli olan sənədləri hazırlayaraq Məhkəmə və İcra işləri üzrə hüquq departamentinin Məhkəmə işləri şöbəsinə təhvil verilməsinə nəzarət edir.
  • Filiallara və arxivə sifariş verilən, Şöbəyə daxil olan və Məhkəmə və İcra işləri üzrə hüquq departamentinin Məhkəmə işləri şöbəsinə təhvil verilən işlərin elektron reyestrinin aparılmasını təmin edir.
  • Təhvil verilməsi gecikdirilən və aşkar olunmayan işləri və ya sənədləri müəyyənləşdirərək bununla bağlı Departament direktoruna məlumat verir.
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarındakı borc məbləğlərinin Bankın əməliyyat proqramına daxil edilməsi üçün aidiyyatı struktur bölməyə sifariş verir (sıfırlama) və sifarişin icrasına nəzarət edir.
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Yumşaq bacarıqlar

  • Nəticəyə yönümlülük

Digər şərtlər

  • Ali təhsil 
  • Minimum 1–3 il uyğun iş təcrübəsi
  • Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir
  • Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.
  • Dil biliyi Azərbaycan - Yüksək
  • Kompüter biliyi - Excel, Word - Yüksək

​​​​​​​Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily0
  • Weekly626
  • Monthly648