Bank of Baku Bank of Baku
  • 765

Bank of Baku

Banks , Financial services ,

Kreativ bölməsinin aparıcı eksperti (Qrafik və motion dizayner)

Kreativ bölməsinin aparıcı eksperti (Qrafik və motion dizayner)

  • Deadline 20 June 2025

Vəzifə öhdəlikləri:

  • Bank of Baku-nun korporativ üslubuna və brend kitabçasına uyğun olaraq yüksək keyfiyyətli qrafik və motion dizayn materiallarının hazırlanması.
  • Marketinq kampaniyaları üçün sosial media, veb sayt, rəqəmsal reklam və digər platformalara uyğun dinamik və statik vizualların yaradılması.
  • Mövcud dizaynların müxtəlif format və ölçülərə uyğunlaşdırılması və adaptasiya olunması.
  • Motion dizayn (animasiya, video qrafika, intro/outro, UI animasiya və s.) layihələrinin hazırlanması və montajı.
  • Çap və rəqəmsal dizayn işlərinin keyfiyyətli icrası və deadline-lara uyğun təhvil verilməsi.
  • Daxili komandalarla effektiv əməkdaşlıq edərək layihələrin vizual baxımdan gücləndirilməsi.

Tələblər:

  • Sahə üzrə iş təcrübəsi -min 6 ay 
  • Ali təhsil- Bakalavr
  • Adobe Photoshop - Yüksək
  • Adobe Illustrator - Yüksək
  • Adobe After Effects - Yüksək
  • Adobe Premiere Pro - Yüksək

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət Et düyməsində qeyd olunan qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

  • Daily11
  • Weekly618
  • Monthly1103