Vəzifə öhdəlikləri:
- Bankın daxili qaydalarına uyğun olaraq bölmə üzrə hesabatların və Bankın səlahiyyətli şəxsləri tərəfindən tələb edilən məlumatların verilməsində iştirak edir;
- Kredit risklərinin müəyyənləşdirilməsi, ölçülməsi və minimallaşdırılması ilə bağlı təkliflər verilməsində və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Bankın kredit risklərinin idarə edilməsi üzrə prosedurlarının yazılmasında və bu prosedurlara əlavə və dəyişikliklərin edilməsində iştirak edir;
- Bankın kredit məhsulları üzrə prosedurlarına və şərtlərinə dair kredit riskləri nöqteyi nəzərindən təkliflərin hazırlanmasında iştirak edir;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyatların yaradılmasını və nəzarəti təmin edir;
- Stress-testin həyata keçirilməsini təmin edir;
Tələblər:
- İş təcrübəsi- 1 il
- SQL
- MS Office
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.