Vəzifə öhdəlikləri:
- Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi (tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, digər zəruri olan bəndlərin mövcudluğuna nəzarət);
- Layihə proseslərinin və nəticələrinin izlənməsi və digər tapşırıqların yerinə yetirilməsi;
- Layihələrin icrasına nəzarət etmək və bununla bağlı hesabatlar hazırlamaq;
- Layihələrlə əlaqədar mütəmadi koordinasiya və kommunikasiyanı həyata keçirmək;
- Rəhbərliyə və maraqlı tərəflərə layihələrin icra statusu ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək;
- Layihə planı, əhatə dairəsi və s. kimi layihə idarəetmə sənədlərini idarə etmək.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Layihə idarəedilməsi sahəsində beynəlxalq sertifikatların olması arzuolunandır;
- Komanda işi və bankın digər funksional strukturları ilə işləmək bacarığının yüksək olması;
- Layihə idarəedilməsi üzrə proqramlarla işləmə bacarığı (məsələn: Jira)
- İşi təqib etmə, təqdimetmə, planlama və təşkiletmə bacarıqlarının olması.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.